Bu gün dünya çempionatında yarımfinal günüdür

ABŞ-də keçirilən futbol üzrə klublararası dünya çempionatı finişə yaxınlaşır.
Bu gün yarışda 1/2 finala start veriləcək.
İlk oyun günündə finala vəsiqə uğrunda Cənubi Amerika və Avropa təmsilçiləri üz-üzə gələcək.
Braziliyanın “Fluminense” komandası İngiltərə “Çelsi”si ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Yarımfinalın digər matçı isə sabah PSJ (Fransa) ilə “Real” (Madrid, İspaniya) arasında olacaq. Bu oyun da saat 23:00-da start götürəcək.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: 8-07-2025, 10:41