mobil versiya

Belçika və Fransa yığmaları ilk görüşlərinə çıxacaq



Almaniyanın ev sahibliyi etdiyi futbol üzrə Avropa çempionatında iyunun 17-də daha 3 oyun keçiriləcək.
Görüşlər D və E qruplarında baş tutacaq.
E qrupunda Rumıniya və Ukrayna yığmaları üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Bu qrupun digər görüşü saat 20:00-da Belçika ilə Slovakiya seçmələri arasında olacaq.
Günün son qarşılaşmasında Avstriya və Fransa komandaları görüşəcək. Matçın start fiti saat 23:00-da çalınacaq.
Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.
KARUSEL / DÜNYA
Tarix: 17-06-2024, 11:04