mobil versiya

Bu gün Avropa çempionatında üç matç keçiriləcək



Bu gün Avropa çempionatında daha üç matç keçiriləcək.
Qarşılaşmalar A və B qruplarında olacaq.
A qrupunda Macarıstan və İsveçrə komandaları üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Günün digər iki görüşü isə B qrupunda baş tutacaq. İspaniya - Xorvatiya və İtaliya - Albaniya matçları oynanılacaq. Görüşlər müvafiq olaraq Bakı vaxtı ilə saat 20:00 və 23:00-da başlayacaq.
Qeyd edək ki, turnirin açılış oyununda ötən gün Almaniya Şotlandiyanı 5:1 hesabı ilə məğlub edib.
KARUSEL / İDMAN
Tarix: 15-06-2024, 11:57