mobil versiya

Avropa Liqasının qalibi bu gün müəyyənləşəcək



Bu gün UEFA Avropa Liqasında 2023-2024-cü illər mövsümünün qalibinin adına aydınlıq gələcək.
Final oyununda İtaliyanın “Atalanta” və Almaniyanın “Bayer” komandaları üz-üzə gələcək. İrlandiyanın paytaxtı Dublin şəhərində keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Görüşü Rumıniyadan olan FIFA referisi İştvan Kovaç idarə edəcək.
Qeyd edək ki, turnirin son qalibi İspaniyanın “Sevilya” komandası olub.

KARUSEL / İDMAN
Tarix: 22-05-2024, 11:09