mobil versiya

Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların vaxtı məlum olub



Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçiriləcək.
Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, Yüksək Liqanın hər üç görüşü dekabrın 15-də baş tutacaq.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində əvvəlcə “Xarı Bülbül Şuşa” və MOİK komandaları qarşılaşacaqlar. Matç saat 14:00-da başlayacaq.
Ardınca saat 16:00-da “Xarı Bülbül Laçın” və “Azərreyl” kollektivləri üz-üzə gələcəklər. Günün son görüşü isə saat 18:00-da “Murov Az Terminal” və “Neftçi” komandaları arasında olacaq.

KARUSEL / İDMAN
Tarix: 14-12-2023, 17:03