mobil versiya

Azərbaycan təmsilçiləri bu gün cavab oyununa çıxacaqlar


Azərbaycanın voleybol klubları bu gün Çağırış Kubokunda növbəti oyunlarını keçirəcəklər.
"Report"un məlumatına görə, kişi voleybolçulardan ibarət "Murov" komandası 1/8 final mərhələsinin cavab matçında Niderland təmsilçisi "Orion"u qəbul edəcək.
Bakıdakı Voleybol Mərkəzində təşkil olunacaq qarşılaşma saat 18:00-da başlayacaq. İlk görüşdə ölkə çempionu 1:3 hesabı ilə uduzub.
Qadınlardan ibarət "Azərreyl" kollektivi isə Almaniyada "VfB SUHL Thüringen"in müqavimətini qırmağa çalışacaq. Komanda ötən gün ilk oyunda 1:3 hesabı ilə yenilib. Tərəflər arasında əldə olunan qarşılıqlı razılaşmaya əsasən, görüşlər Almaniyada baş tutur.

KARUSEL / İDMAN
Tarix: 15-12-2022, 10:03