mobil versiya

Futbol üzrə XVII Avropa çempionatı bu gün başlayır



Bu gün Almaniyada futbol üzrə XVII Avropa çempionatına start veriləcək.
A qrupunun ilk matçında ev sahibi komanda Şotlandiya ilə qarşılaşacaq.
Münhendəki "Allianz Arena"da baş tutacaq görüşü fransalı FIFA referisi Kleman Tyurpen idarə edəcək.
Oyunun start fiti saat 23:00-da səslənəcək.
Qeyd edək ki, bu qrupun digər qarşılaşması sabah, saat 17:00-da Macarıstan və İsveçrə yığmaları arasında gerçəkləşəcək.
AVRO-2024
A qrupu, I tur

14 iyun
23:00Almaniya - Şotlandiya
Baş hakim: Kleman Tyurpen (Fransa).
Münhen, “Allianz Arena” stadionu.

KARUSEL / İDMAN
Tarix: 14-06-2024, 15:47