mobil versiya

Qabiliyyət imtahanlarının nəticələri ilə bağlı Apellyasiya komissiyası iyulun 23-də fəaliyyət göstərəcək



Təsviri sənət istiqaməti üzrə 10 (rəngkarlıq), 11 (qrafika) və 12-ci (heykəltaraşlıq) qabiliyyət imtahanı komissiyaları üzrə II imtahanların nəticələri ilə bağlı abituriyentlərin müraciətlərinə baxılacaq.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Rəssamlıq Akademiyasında iyulun 21-23-də keçiriləcək qabiliyyət imtahanlarının nəticələri ilə bağlı Apellyasiya komissiyasının iclası iyulun 23-də təşkil olunacaq.

Apellyasiya komissiyası saat 09:00-dan 17:00-dək fəaliyyət göstərəcək.
Nəticələrdən narazı qalan abituriyentlər şəxsiyyəti təsdiq edən sənədin əsli və imtahana buraxılış vərəqəsi ilə birlikdə şəxsən müraciət edərək ərizə yazmalıdırlar. Müraciətlərə yerində baxılacaq. (Azərtac)

Reportyor.az 






KARUSEL / CƏMİYYƏT
Tarix: Dünən, 14:43