Futbol hakimimiz Avropa çempionatına təyinat alıb

Azərbaycanın FIFA referisi Elçin Məsiyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında bu il Slovakiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə təyinat alıb.
Reportyor.az xəbər verir ki, bu barədə AFFA-dan məlumat verilib.
I kateqoriyaya malik E. Məsiyevin hakimlər briqadasında Elşad Abdullayev və Pərvin Talıbov köməkçi hakim funksiyasını yerinə yetirəcəklər.
Avropa çempionatının final mərhələsi iyunun 11-28-də 16 komandanın iştirakı ilə keçiriləcək.
KARUSEL / İDMAN
Tarix: 5-03-2025, 15:10