DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib

Reportyor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Məlumatda qeyd edilir ki, əvvəlcə mülayim və inandırıcı səslə özünü bank işçisi kimi təqdim edən şəxs tərəfindən zəng olunur. Zəng etdiyi şəxsi öz yalanına inandırandan sonra “bank hesabına müdaxilə edildiyi, onun pulunun təhlükə altında olduğunu” bildirir. Kömək etməsi üçün kartın üzərində olan 16 rəqəmi istəyir. CVV kodunu söyləyəndən sonra bankın göndərdiyi OTP və ya 3D təhlükəsizlik kodunu telefonda özünü “bank əməkdaşı” kimi təqdim edənə deyəndə artıq iş-işdən keçmiş olur. Belə halların baş verməmis üçün atılacaq addım çox sadədir. Kart məlumatlarını tanımadığınız və güvənmədiyiniz heç kəslə bölüşmək olmaz.
Unutmayın, bank kartınızın təhlükəsizliyi öz əlinizdədir!
KARUSEL / CƏMİYYƏT
Tarix: 14-03-2025, 19:48