“Real” 90 milyon avroya yarımmüdafiəçi transfer etmək niyyətindədir
“Real” heyətini gücləndirmək üçün variantlar araşdırır.
Reportyor.az “TodoFichajes”-ə istinadən xəbər verir ki, Madrid klubunun başlıca vəzifələrindən biri də yarımmüdafiə xəttini gücləndirməkdir. Bu vacibdir, çünki Luka Modriç karyerasının sonundadır.
“Real”ın adı son vaxtlar mətbuatda “Çelsi”nin futbolçusu Enzo Fernandeslə yanaşı hallanır. Bununla belə, argentinalı futbolçunun transferi madridlilərə baha başa gələcək. London klubu 24 yaşlı oyunçu üçün ən azı 90 milyon avro tələb edəcək.
“Real”ın skautları Fernandeslə bağlı müsbət hesabatlar hazırlayıblar, yəni razılaşma tamamilə mümkündür.
KARUSEL / İDMAN
Tarix: 18-03-2025, 10:25