ATƏT PA-nın Prezidenti Minsk Prosesinin bağlanması ilə bağlı qərarı alqışlayıb

ATƏT PA-nın Prezidenti Pere Joan Pons Ermənistanın və Azərbaycanın birgə müraciətindən sonra Minsk Prosesinin bağlanması ilə bağlı ATƏT Nazirlər Şurasının qərarını alqışlayıb.
O, bununla bağlı X sosial platformasında paylaşım edib.
“Dialoqa əsaslanan bu tarixi addım Cənubi Qafqazda davamlı sülh yolunu möhkəmləndirir. Biz bu prosesi dəstəkləməyə davam edəcəyik”.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 12:12