Teymur Mustafayevin anadan olmasının 86 ili tamam olur

Bu gün Xalq artisti, Prezident təqaüdçüsü Teymur Mustafayevin anadan olmasının 86 ili tamam olur.
Reportyor.az xəbər verir ki, Teymur Mustafayev Azərbaycan Dövlət Filarmoniyasında, “Azkonsert” Birliyində, AzTV-də çalışıb. O, Azərbaycan musiqi sənətini Rusiya, Gürcüstan, Ukrayna, Özbəkistan, Türkiyə, İran, Almaniya, Avstriya, Meksika, Hindistan, Pakistan, Əfqanıstan, İordaniya, Misirdə təqdim etməklə, onu dinləyicilərə sevdirib.
Onun ifa etdiyi xalq və bəstəkar mahnıları, təsniflər Azərbaycan milli televiziya və radiomuzun qızıl fondunda qorunub saxlanılır.
Görkəmli sənətkar 2020-ci ildə vəfat edib.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 10-04-2025, 12:06