Bakıda IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək

Mayın 24-də Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı ilə Bakıda IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək.
Reportyor.az xəbər verir ki, Elmlər Akademiyasının parkında reallaşacaq festivalın hər günü bir ölkəyə - Azərbaycan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikalarına həsr olunacaq.
Festival mayın 31-dək davam edəcək.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 7-05-2025, 13:54