mobil versiya

Mərakeşin turizm gəliri 2025-ci ildə rekord həddə - 138 milyarda çatıb




Mərakeşin turizm sektoru 2025-ci ildə rekord səviyyəyə çatdı və 138 milyard MAD ( Mərakeş  Dirhəmi) xarici valyuta gəliri əldə etdi ki, bu da 2024-cü illə müqayisədə 21% artım deməkdir.

Nazirlik bildirib ki, bu müstəsna göstərici ölkənin 2026-cı il turizm yol xəritəsində müəyyən edilmiş 2025-ci il üçün 120 milyard MAD hədəfini aşdığı üçün əhəmiyyətlidir. Turizm naziri Fatimə Zəhra Ammar bildirib ki, "bu, bir il əvvəl əldə edilmiş 2026-cı il hədəfindən 18 milyard dirhəm çoxdur".

Ammor bildirib ki, bu rəqəmlər Mərakeşin turizm məkanı kimi artan keyfiyyətini və cəlbediciliyini əks etdirir.

"Bu rekord göstərir ki, Mərakeşdə turizm yalnız ziyarətçi sayı baxımından deyil, həm də daha çox əlavə dəyər yaradır. Məqsədimiz turizmi regional inkişafın hərəkətverici qüvvəsinə və iş yerlərinin yaradılmasının davamlı mənbəyinə çevirməkdir", - deyə o bildirib.

Nazir əlavə edib ki, turizm gəlirlərinin 138 milyard MAD olması iqtisadiyyata daha güclü töhfə, daha böyük yerli təsir və daha çox iş yeri deməkdir.

Mərakeş həmçinin 2025-ci ildə rekord sayda ziyarətçi qəbul edib və 2025-ci ildə təxminən 20 milyona çatıb. Bu, ötən illə müqayisədə 14% artım deməkdir.

Ölkə müxtəlif bölgələrdə turizm təkliflərini şaxələndirir, eləcə də yerli məkanları xaricdə tanıtmaq üçün bir neçə kampaniya həyata keçirir.

Daxili turizm də böyük töhfə verib və Mərakeşli qonaqlar 2025-ci ildə təxminən 48 milyard MAD xərcləyiblər.

Reportyor.az 



KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 10:32