mobil versiya

Özgəsinə məxsus sənədlə dövlət sərhədindən keçməyə cəhd göstərən şəxs saxlanılıb







May ayının 30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində Heydər Əliyev Beynəlxalq Hava Limanında Küveyt-Bakı reysi ilə Azərbaycan Respublikasına gələn Malayziya Federasiyası vətəndaşı Satyaselan Vijiyanın sənədlərinə baxış zamanı pasportun özgəsinə məxsus olması şübhə doğurduğundan sərhədçilər tərəfindən saxlanılıb.

Reportyor.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Araşdırma zamanı saxlanılan şəxsin Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı – 1994-cü il təvəllüdlü Savuthararajan Kasvithan olduğu müəyyən edilmişdir. 
Hazırda fakt üzrə cinayət işi başlanılaraq müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

KARUSEL / HADİSƏ
Tarix: 2-06-2025, 16:39