ÇL: “Qarabağ”ın ilk rəqibi bu gün açıqlanacaq

Bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin püşkatması olacaq.
Reportyor.az xəbər verir ki, tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi müəyyənləşəcək. Mərasim İsveçrənin Nyon şəhərində, saat 14:00-da başlayacaq.
“Köhlən atlar”ın potensial rəqiblər arasında “Riyeka” (Xorvatiya) və “Pafos” (Kipr), həmçinin, ilk mərhələdə üz-üzə gələcək “Jalqiris” (Litva) – “Hamrun Spartans” (Malta), “KuPS” (Finlandiya) – “Milsami” (Moldova), TNS – “Şkendiya” (Şimali Makedoniya), “Levadiya” (Estoniya) – RFS (Latviya), “Drita” (Kosovo) – “Differdanj” (Lüksemburq), “Vikinqur” (Farer adaları) – “Linkoln” (Cəbəllütariq), “Eqnatiya” (Albaniya) – “Breydablik” (İslandiya), “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya), “Virtus” (San Marino) – “Zrinski” (Bosniya və Herseqovina) və “Noa” (Ermənistan) – “Buduçnost” (Monteneqro) cütlərinin qalibləri olacaq.
Mərhələnin oyunları iyulun 22-si və 29-da keçiriləcək.
KARUSEL / İDMAN
Tarix: 18-06-2025, 10:38