mobil versiya

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb





Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb.

Bu barədə Dövlt Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, iyulun 27-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəki” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində 3 (üç) nəfər Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı (1997-ci il təvəllüdlü Mesimi Rami Süleyman, 2004-cü il təvəllüdlü Moussaouı Tadjedin Həsən, 2003-cü il təvəllüdlü Kateb Djoudı Abdulxani), “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Gürcüstan istiqamətində isə 1 (bir) nəfər Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı (Udula İmanthalanka) dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılmışdır.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Reportyor.az






KARUSEL / HADİSƏ
Tarix: Dünən, 09:04