mobil versiya

İyulda Düşənbədə Beynəlxalq Tekstil Forumu keçiriləcək




Beynəlxalq Tekstil Forumunun iyulun 8-dən 10-dək Düşənbədə keçirilməsi planlaşdırılır.

Reportyor.az xəbər verir ki, bu barədə Tacikistan Sənaye və Yeni Texnologiyalar Nazirliyi məlumat yayıb.

Müxtəlif ölkələrin toxuculuq sənayesinin nümayəndələrinin, o cümlədən istehsalçıların, investorların, dizaynerlərin, eləcə də aidiyyəti nazirliklərin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı gözlənilir.

Forum çərçivəsində əməkdaşlığın təşviqinə yönəlmiş panel müzakirələri, sərgilər, yeni texnologiyaların təqdimatları və işgüzar görüşlər keçiriləcək.

Tacikistanın tekstil sektorunun davamlı inkişafına, ekoloji cəhətdən təmiz istehsala və ixrac potensialının genişləndirilməsinə xüsusi diqqət yetiriləcək.



KARUSEL / İQTİSADİYYAT
Tarix: 18-06-2025, 15:40