mobil versiya

Baqrat Qalstanyan terror aktı hazırlamaqda və hakimiyyəti ələ keçirməyə cəhddə ittiham olunur






Arxiyepiskop Baqrat Qalstanyana qarşı terror aktı hazırlamaq, kütləvi iğtişaşlar təşkil etmək və hakimiyyəti zorla ələ keçirməyə cəhd etmək ittihamı irəli sürülüb.

Bunu onun vəkili Sergey Arutyunyan bildirib.

"Arxiyepiskop Baqrata qarşı cinayət işi açılıb və terrorizm, kütləvi iğtişaşlar, hakimiyyəti ələ keçirməyə hazırlıq maddələri üzrə ittiham irəli sürülür. O saxlanılıb və böyük ehtimalla, həbsi ilə bağlı vəsatət qaldırılacaq”, - vəkil qeyd edib.

15:29

Ermənistanın İstintaq Komitəsi "Müqəddəs mübarizə" hərəkatının iştirakçılarının və liderlərinin terror aktları törətməyə və hakimiyyəti ələ keçirməyə cəhd etməsi faktı ilə bağlı açılmış cinayət işi çərçivəsində gizli istintaq hərəkətləri nəticəsində əldə edilmiş səs yazılarını dərc edib.

Bu barədə Ermənistan KİV-i xəbər verir.
Səs yazılarında "Müqəddəs mübarizə" hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyanın, eləcə də hərəkatın digər iştirakçılarının bəyanatları eşidilir.
Səs yazılarında dövlət sisteminin bloklanması, xaosun yaradılması və hakimiyyət dəyişikliyinin həyata keçirilməsinə yönəlmiş müxtəlif metodlar (əsas magistralların bloklanması, partlayışlar, texniki nasazlıqlar və sistemlərin iflic olması) təsvir edilir.
KİV-in məlumatına görə, Ermənistanın İstintaq Komitəsi bu iş üzrə 14 nəfəri, o cümlədən Baqrat Qalstyanı saxlayıb, 90-dan çox ünvanda axtarış aparılıb.
Eyni zamanda, qeyd olunub ki, hazırda məhkəmədə Baqrat Qalstyanın həbsi ilə bağlı İstintaq Komitəsinin vəsatətinə baxılır. (report)




KARUSEL / DÜNYA
Tarix: 25-06-2025, 17:29