mobil versiya

Rusiya Azərbaycana nota verib - FTX agentlərinin azad olunması istənilir





Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevə Bakıda saxlanılan rusiyalı jurnalistlərin dərhal azad edilməsi tələbi ilə şifahi nota təqdim edilib.

“AzPolitika.info” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bildirilib ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşdə səfirə Bakının “son qeyri-dost hərəkətləri ilə bağlı etiraz təqdim olunub”.
Xatırladaq ki, ötən gün Daxili İşlər Nazirliyinin (DİN) “Sputnik-Azərbaycan” agentliyinin ofisində (Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keçirdiyi əməliyyat zamanı iki nəfər - İqor Kartavıx və Yevgeniy Belousov saxlanılıb.
Həmin şəxslərin Rusiya Federal Təhlükəsizlik Xidmətinin ( FTX) bu agentlikdə çalışan əməkdaşları olduğu bildirilir.

KARUSEL / GÜNDƏM
Tarix: 1-07-2025, 17:18