Ötən gün vətəndaşlardan qanunsuz saxlanılan tapança və tüfənglər aşkar edilərək götürülüb

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
DİN-dən verilən məlumata görə, iyulun 17-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 tapança, 4 tüfəng, 4 ədəd patron və 1 alışdırıcı aşkar edərək götürüblər.
Reportyor.az
KARUSEL / HADİSƏ
Tarix: Dünən, 10:52