mobil versiya

Ölkədə fəaliyyət göstərən vəkillərin sayı nə qədərdir?






2018-ci ildən indiyədək vəkilliyə qəbulla bağlı 15 test imtahanı keçirilib. Bu müddətdə 6480 namizəd imtahanlarda iştirak edib. Onlardan 1912-si uğurla icbari təlim mərhələsini tamamlayıb və and içərək Vəkillər Kollegiyasının (VK) üzvü olub.

Bunu VK-nın sədri Anar Bağırov “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən kollegiyanın Rəyasət Heyətinin geniştərkibli iclasında və vəkilliyə namizədlərin andiçmə mərasimində çıxış edərkən bildirib.

O deyib ki, bugünkü tədbirdə vəkilliyə namizəd olan daha 77 nəfər andiçmə mərasimində iştirak edərək kollegiyaya üzv qəbul olunacaqlar. “Ölkədə fəaliyyət göstərən vəkillərin sayı 2777-yə çatacaq. Yeni qəbul olunmuş namizədlərdən 59-u kişi, 18-i qadındır. Onlardan 7-i regionlarda, 70-i paytaxtda fəaliyyət göstərəcək. Qadın vəkillərin ümumi üzv sayına nisbəti 17 faizə çataraq 595 nəfər olacaq”.

Reportyor.az




KARUSEL / CƏMİYYƏT
Tarix: Dünən, 11:12