mobil versiya

Böyük Britaniya və Hindistan arasında azad ticarət sazişi imzalanacaq




Britaniya və Hindistan arasında illərlə davam edən danışıqlardan sonra azad ticarət sazişi yekunlaşıb.

Reuters xəbər verir ki, bu razılaşma Hindistanın Baş naziri Narendra Modinin Londona səfəri çərçivəsində bu gün imzalanacaq.

Saziş tekstildən tutmuş viski və avtomobillərə qədər bir sıra məhsullara tətbiq olunan rüsumların azaldılmasını və şirkətlər üçün bazarlara daha geniş çıxışı nəzərdə tutur. Hər iki ölkə bu razılaşma ilə ikitərəfli ticarətin həcmini 2040-cı ilə qədər əlavə 25,5 milyard funt sterlinq (34 milyard dollar) artırmağı hədəfləyir. Sazişin qüvvəyə minməsi üçün Böyük Britaniya parlamenti və Hindistanın federal kabineti tərəfindən təsdiqlənməsi nəzərdə tutulur.

Bu, Narendra Modinin 2014-cü ildən bəri Birləşmiş Krallığa dördüncü səfəridir. Səfər zamanı tərəflər həmçinin müdafiə, iqlim dəyişikliyi və cinayətkarlıqla mübarizə sahələrini əhatə edən strateji tərəfdaşlıq sənədi də imzalayacaqlar.
Ticarət sazişi çərçivəsində şotland viskisinə tətbiq olunan rüsumlar dərhal 150 faizdən 75 faizə endiriləcək və növbəti on il ərzində tədricən 40 faizə qədər azaldılacaq. Avtomobillərə görə rüsumlar isə 100 faizdən artıq səviyyədən 10 faizə qədər enəcək və bu kvota sistemi ilə mərhələli şəkildə liberallaşdırılacaq.(azərtac)


KARUSEL / İQTİSADİYYAT
Tarix: 24-07-2025, 15:41