“Qarabağ” bu gün yeni transferini elan edə bilər

“Qarabağ” bu gün UEFA Çempionlar Liqası üçün sifariş ərizəsini UEFA-ya göndərəcək.
Sifariş ərizəsində liqa mərhələsində oynayacaq futbolçuların adları yer alacaq. Sifariş ərizəsi ən geci saat 23:59-dək təqdim edilməlidir.
“Köhlən atlar”ın hücum xətti üçün almaq istədiyi azı bir əcnəbi oyunçu var. Yeni futbolçunun da adı sifariş ərizəsinə salınmalıdır.
“Qarabağ” ÇL-də ilk matçını sentyabrın 16-da Portuqaliyada “Benfika” ilə keçirəcək. (komanda.az)
KARUSEL / İDMAN
Tarix: Bu gün, 10:37