Suriyada baş verən yol qəzasında azı 12 nəfər ölüb

Suriyanın şimal-şərqində avtobusun neft tankeri ilə toqquşması nəticəsində azı 12 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
İlkin məlumatı verən SANA rəsmi xəbər agentliyi qəzanın Şadadi-Həsəke yolunda, kürdlərin rəhbərlik etdiyi qüvvələrin nəzarətində olan ərazidə baş verdiyini bildirib.
Kürd xəbər agentliyi Anha, qəzada bir neçə ölüm və yaralı"olduğunu bildirib və əlavə edib ki, son qurbanların sayı hələ məlum deyil.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 14:33