Koreyanın ən mühüm bayramlarından biri olan Çusok barədə bilmədiklərimiz

Bu gün Koreyanın ən mühüm bayramlarından biri olan Çusok-un qeyd olunduğu gündür.
Çusok — ay təqviminə görə səkkizinci ayın 15-nə təsadüf edən, “payızın ortasındakı dolunay” mənasını daşıyır və qeyd etdiyimiz kimi Koreyanın ən mühüm milli bayramlarından biridir.
2025-ci ilin Çusok-u məhz bu günə 6 oktyabr, bazar ertəsinə təsadüf edir.
Əvvəllər Çusok bir ilin məhsul yığımını başa vurmaq və gələcəkdə bol məhsul, rifah və firavanlıq arzulamaq üçün qeyd edilirdi.

Sonpyon
Yarımay şəklində hazırlanmış, yapışqan düyü ilə bişirilən sonpyon
bolluğu və nəsil artımını təmsil edir.
Dolunay
Parlaq dolunay zamanı ailələrə sağlamlıq və arzularının gerçəkləşməsi dilənərdi. Dolunay həm də əbədi həyatın simvolu sayılırdı.
Ənənəvi oyunlar
“Qanqansulle” və “ipdartma” kimi kollektiv oyunlar
dolunay işığı altında oynanılaraq, bolluq və bərəkət dilənirdi.
... İstifadə olunan məlumatlar Koreyanın ölkəmizdəki səfirliyinin sosial şəbəkə səhifəsindən götürülüb.
Reportyor.az

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 6-10-2025, 19:15