mobil versiya

Azərbaycan millisinin dünya çempionatında daha iki görüşü baş tutacaq





Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatında bu gün növbəti görüşlərini keçirəcək.

Yığma 3-cü turda ABŞ, 4-cü turda FIDE komandası ilə üz-üzə gələcək.
A qrupunda FIDE kollektivi 4 xalla liderdir. Azərbaycan, Qazaxıstan, İspaniya və ABŞ-nin 2 xalı var. Peru isə xalsızdır.
Azərbaycan millisi ötən gün Perunu məğlub edib (3:1), Qazaxıstana isə uduzub – 1,5:2.5.
Millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb. Komandanın kapitanı İlahə Qədimovadır.
Dünya çempionatı noyabrın 23-də başa çatacaq.


Reportyor.az


KARUSEL / İDMAN
Tarix: Bu gün, 11:27