Muzeydə saxlanılan 1845-ci ilə aid qanauzdan tikilmiş namazlıq öz gözəlliyi ilə diqqət cəlb edir

Azərbaycan Milli Xalça Muzeyi fəaliyyət göstərdiyi 55 il müddətində xalça və xalça məmulatlatları ilə yanaşı, parça, ənənəvi geyim və tikmə sənəti nümunələrinin toplanması ilə də məşğul olmuş, nəticədə elmi, tarixi və bədii cəhətdən çox böyük dəyərə malik bir kolleksiya əldə edib.
Azərbaycan Milli Xalça Muzeyi bildirir ki, kolleksiyanın böyük hissəsini dekorativ-tətbiqi sənətin geniş yayılmış sahəsi olan tikmə sənəti nümunələri təşkil edir.
Kolleksiyada toplanmış evlərin daxili interyerinin bəzədilməsində istifadə olunan 300-dən artıq tikmə nümunəsi öz gözəlliyi ilə diqqəti cəlb edir. Keçmiş məişətdə evlərin daxili interyerinin tikmə və xalça məmulatları ilə bəzədilməsi ənənəvi hal almışdı. Buna görə də belə tikmələrin bədii-estetik görünüşünə mühüm əhəmiyyət verilir, onların üzərinə daha çox qoruyucu, dini inanclar sisteminə uyğun naxışlar salınırdı. 1845-ci ilə aid qanauzdan tikilmiş və doldurma texnikası ilə müxtəlif rəngli ipək saplarla tərtib olunmuş namazlıq buna misal ola bilər.
Reportyor.az
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 2-12-2025, 15:47



























