mobil versiya

Bakıda tikinti materialları bazarı yanır, hadisə yerinə helikopterlər cəlb olundu - FOTOLAR, VİDEO (YENİLƏNİB)



Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin əlavə qüvvələri və 3 helikopteri cəlb olunub.

Bu barədə REPORYOR.AZ-a nazirlikdən bildirilib.

Əlavə məlumat veriləcək.

***

Binəqədi rayonunda yerləşən  “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın başlayıb.

REPORTYOR.AZ
xəbər verir ki, bazarda əsasən yanmağa meylli tikinti materialları satıldığı üçün alov qısa müddətdə geniş əraziyə yayılıb. Ərazidə çalışanların sözlərinə görə gecə saat 4 radələrindən bazar ərazisində tüstü müşahidə edilib. Bir neçə dəqiqə öncə isə yanğın başlayıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib. Rəsmi məlumata görə hazırda nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürmə işləri davam etdirilir.























MANŞET / SON XƏBƏR / BANNER / HADİSƏ
Tarix: 10-12-2019, 09:30