SON DƏQİQƏ: Azərbaycanda güclü yanğın başladı, havaya 2 helikopter və təyyarə qaldırıldı

***
15:28
Ağsu rayonunda dağlıq ərazidə yanğın başlayıb.
Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, hadisə rayonun Xanbulaq kəndi ərazisində baş verib.
Ərazi dağlıq sahə olduğundan yanğının qarşısını qısa müddətdə almaq mümkün olmayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin helikopteri, canlı qüvvə və texnikaları cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
HADİSƏ / ÖLKƏ
Tarix: 29-08-2019, 16:05