“Sumqayıt” qarşıdakı iki ev oyununu başqa stadionda keçirəcək
“Sumqayıt” Azərbaycan Premyer Liqasında növbəti iki ev matçını “SOCAR Polymer Arena”da keçirəcək.
Bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidmətindən bildirilib.
Qərar Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyündə aparılan renovasiya işləri ilə əlaqədar qəbul edilib.
Çempionatın 10-cu turunun “Sumqayıt” – “Şəfa” matçından əvvəl stadiona baxış keçiriləcək və arenanın statusu ilə bağlı növbəti qərar veriləcək. (Komanda.az)
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 17:20



























