Əfqanıstan Çin sərhədinə aparan 121 km-lik Vaxan yolunu istifadəyə verib

Əfqanıstanın Bədəxşan vilayətinin Vaxan rayonundakı Sərhəd-i Broğildən Çin sərhədinə qədər uzanan 121 kilometrlik çınqıl örtüklü yolun rəsmi açılışı olub.
Bu barədə Əfqanıstan mətbuatı xəbər verir.
Kəndlərin Bərpası və İnkişafı Naziri Əbdül Lətif Mənsur açılış mərasimində bildirib ki, yol boyunca 66 suötürücü qurğu və dörd böyük körpü inşa edilib, həmçinin marşrutun müəyyən hissələrində ümumilikdə 3100 metr uzunluğunda istinad divarları tikilib.
Mənsurun sözlərinə görə, yolun tikintisi və çınqıl örtüyünün çəkilməsi üçün İslam Əmirliyinin inkişaf büdcəsindən 365 milyon əfqani vəsait xərclənib.
Mənsur bu layihəni siyasi, strateji və iqtisadi baxımdan əhəmiyyətli kimi qiymətləndirib.
Bədəxşan qubernatoru Rəhmətullah Nəcib də mərasimdə çıxış edərək bildirib ki, vilayət ərazisində təhlükəsizlik təmin olunub və Bədəxşanın heç bir hissəsində təhlükəsizliklə bağlı problem yoxdur.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 12:24


























