mobil versiya

Fənn müəllimlərinin inkişafında əhəmiyyətli dərəcədə irəliləyiş var - Emin Əmrullayev



Fənn müəllimlərinin inkişafında əhəmiyyətli dərəcədə irəliləyiş var.

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev bazar ertəsi “Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu”nda çıxışı zamanı deyib.

O qeyd edib ki, bu gələcəyin daha təhsilli olması üçün vacib məqamdır.
“Məktəbəqədər təhsilə cəlb olunan uşaqlar 14 faizdən 45 faizə qədər artıb. İbtidai təhsil bizim üçün çox vacibdir. Yalnız bu il 4-cü sinif məzunlarında oxu bacarıqlarında sıçrayış gördük. İbtiadai təhsilin sonunda əsaslı dəyişiklik görmürüksə, orta təhsildə yenilik görə bilmərik.
Daha əvvəl təxminən 50-60 faiz 4-cü sinif şagirdi 5 və 6-cı sinifə keçdikcə öyrənmədə çətinlik yaşayır. Bu faiz hazırda cüzi də olsa azalıb”,- deyə E.Əmrullayev bildirib.
Nazir əlavə edib ki, təhsildə önəmli məqamlardan biri süni intellektdir.
“Biz qərar verməliyik ki, süni intellekt bizim düşmənimizdir yoxsa köməkçi alətdir. İndi müzakirə edilir ki, süni intellekt müəllimi əvəz edə bilər ya yox? Əlbəttə yox. Bu çox dayaz müzakirədir. İndi biz düşünməli və müzakirə etməliyik ki, süni intellektdən təhsildə necə istifadə etməliyik.
Qiymətləndirmədə süni intellektdən istifadə yardımçı ola bilər”,- deyə nazir vurğulayıb. (Trend)

Reportyor.az 





KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 11:27