mobil versiya

İbtidai sinif müəllimlərinin 20 faizi sertifikasiya imtahanında 51 bal və daha yüksək nəticə göstərib



Müəllimlərin sertifikatlaşdırılması prosesində iştirak edən ibtidai sinif müəllimlərinin 20 faizi, yəni 6238 nəfər 51 bal və daha yüksək nəticə göstərib.
Bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.
Nazir bildirib ki, həmin müəllimlərin vəzifə maaşına 35 faiz əlavə tətbiq olunur: “Prosesdə, ümumilikdə 31 min 852 ibtidai sinif müəllimi iştirak edib. Onların 86 faizi, yəni 21 min 141 nəfəri qənaətbəxş nəticə göstərib, tələb olunan minimum 30 balı toplayıb. Həmin müəllimlərin əməkhaqqına 10 faiz məbləğində əlavə tətbiq edilir. Hər iki cəhddə keçid balını toplaya bilməyənlər cəmi 4 min 30 nəfərdir ki, bu da ibtidai sinif müəllimlərinin 13 faizini təşkil edir. 443 müəllim isə hələ prosesdə iştirak etməyib”.

KARUSEL / CƏMİYYƏT
Tarix: 27-06-2024, 15:24