mobil versiya

Xırdalandakı yanğının söndürülməsinə iki qatar da cəlb olunub



“Ekologiya postu” kimi tanınan ərazidə “EuroHome” tikinti materialları bazarında yanğın davam edir.

REPORTYOR.AZ report-a istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə FHN-in helikopterləri ilə yanaşı, kömək məqsədi ilə dəmir yolunun iki yanğınsöndürmə qatarı da hadisə yerinə yollanıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, qatarlardan biri hazırda Biləcəri-Xırdalan mənzilindədir. İkinci yanğınsöndürmə qatarı H.Z.Tağıyev-çeşidləmə stansiyasından gətirilir.

Yanğının söndürülməsində su çatışmazlığı yaranacağı təqdirdə yanğınsöndürmə qatarındakı dolu çən vaqonlarındakı sudan istifadə olunacaq.

SON XƏBƏR / KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 10-12-2019, 11:00