mobil versiya

Səhiyyə Nazirliyi koronavirusdan qorunma yollarını açıqladı - VİDEO




Səhiyyə Nazirliyi koronavirusdan qorunma yollarını açıqlayıb.

REPORTYOR.AZ xəbər verir ki, video şəklində yayılan məlumatda əlləri yeməkdən əvvəl və ictimai yerlərdə  gəzintidən sonra ilıq su və sabunla ən azı 20 saniyə ərzində yumaq lazım olduğu bildirilib: "Yaxınlığınızda soyuqdəymə və qrip əlamətli insan gördükdə mümkün qədər uzaq durmağa çalışın. Özünüzdə soyuqdəymə, halsızlıq, yüksək hərarət halları aşkar etdikdə dərhal həkimə müraciət edin. İş masasının üstü hər gün  spirtlə dezinfeksiya edilməlidir. Qapı dəstəklərini, mətbəx mebellərini, stol, tualet, telefon, klaviatura və vanna otağını təmiz saxlayın.

Qeyd olunub ki, heyvanlar da koronavirusun daşıyıcısı ola bilər: "Ümumdünya Səhiyyə Təşkilatı tövsiyə edir ki,  ehtiyac yoxdursa, canlı  və ya ölü heyvanlara toxunmayın. Heyvanlarla təmasdan sonra əllərinizi yumağı unutmayın. Ət məhsullarının yaxşı bişirilməsinə  diqqət edin”, -deyə məlumatda bildirilib.



MANŞET / BANNER / KARUSEL / GÜNDƏM / ÖLKƏ / VİDEOXƏBƏR
Baxılıb: 108 Tarix: 26-02-2020, 14:04


Şərh bildir
yenilə, əgər kod görünmürsə