mobil versiya

Tatlıses 43 yaş kiçik sevgilisindən ayrıldığını belə təsdiq etdi - FOTO




Məşhur müğənni İbrahim Tatlıses 26 yaşlı sevgilisi Gülçin Karakayadan ayrılıb.

REPORTYOR.AZ
xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında yeni foto yayımlayıb. İbrahimin əl-ələ şəkil çəkdirdiyi xanımın Gülçin olduğu zənn edilsə də, bu, belə olmayıb.

Türkiyə mətbuatında yayılan xəbərlərə əsasən fotodakı tamam başqa xanımdır. Tatlısesin uzun müddətdir Karakayadan ayrıldığı bildirilib. Gülçinin İdo Tatlısesin toyunda da iştirak etməməsi də ayrılıq iddialarını gücləndirib.

Qeyd edək ki, 69 yaşlı İbrahimin sevgilisi Gülçin özündən 43 yaş kiçikdir. Cütlük aralarındakı böyük yaş fərqi ilə daim mətbuatın gündəmində olub.


MARAQLI / SON XƏBƏR / MƏDƏNİYYƏT
Tarix: 22-10-2021, 17:03