mobil versiya

Fatma Girik öldürülüb? - ŞOK İDDİA




Covid-19 səbəbi ilə çoxsaylı orqan çatışmazlığından dünyasını dəyişən aktrisa Fatma Girik vəsiyyəti ilə illərdir yaşadığı Bodrumda həyat yoldaşı Memduh Ünün yanında dəfn edilib. Ancaq Fatma Girikin qardaşı Günay Girik dəfn mərasimindən sonra bomba iddia ilə çıxış edib.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, Günay Girik bacısının müalicə aldığı xəstəxanada öldürüldüyünü deyib və bu səbəbdən tibb müəssisəsini məhkəməyə verib:

"Bacım ölümcül dərəcə xəstə deyildi. O, koronavirusa xəstəxanada yoluxub. Hər zaman olduğu kimi müayinəyə getmişdi. Göz görə-görə cinayətdir. Bu hadisənin haradan qaynaqlandığını tapdım. Şübhələndiyim üçün işin üzərinə düşdüm".

Qeyd edək ki, xəstəxanada müalicə alan Fatma Girikin döş qəfəsi infeksiyasına yoluxduğu və onun həyatını xilas etmək mümkün olmadığı bildirilmişdi.
MARAQLI / SON XƏBƏR / KARUSEL
Tarix: 1-02-2022, 17:00