mobil versiya

2024-cü ildə 70 ölkədə seçkilər keçiriləcək – Dünyanın yarısı səs verəcək


2024-cü ildə bir çox ölkədə prezident və parlament seçkiləri keçiriləcək.
“AzPolitika.info” xəbər verir ki, gələn il 70 ölkədə baş tutacaq seçkilərdə təxminən 3,7 milyard insan səs verəcək.
Növbəti il dünyanın super gücləri olan ABŞ və Rusiyada, ən çox əhalisi olan Hindistanda, ən böyük müsəlman ölkəsi olan İndoneziyada, ən böyük ispandilli ölkə olan Meksikada seçkilər keçiriləcək.
Qlobal sabitlik və iqtisadiyyat üçün olduqca əhəmiyyətli olan bu seçkilərlə yanaşı, nüvə dövləti olan Pakistan da yeni parlamentini seçməlidir. Həmçinin Böyük Britaniyada da seçkilər olmalı və ölkənin Avropa Birliyi ilə münasibətləri müəyyən edilməlidir.
Eyni zamanda iranllılar da Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar fonunda səs verəcəklər.
Qeyd edək ki, 2024-cü ildə Azərbacyanda da prezident seçkiləri baş tutacaq.


MARAQLI / KARUSEL
Tarix: 22-12-2023, 14:59