mobil versiya

Kosmosda şam yeməyi - Bunun üçün nə qədər vəsait ödənilməlidir?



Kosmik turizm şirkəti "SpaceVIP" ilk dəfə kosmosda insanlar üçün yemək xidməti təşkil edəcək.

"AzPolitika" xəbər verir ki, təcrübədə 6 nəfər iştirak edəcək. Həmin şəxslər 6 saatlıq uçuş edərək, atmosferin kənarına səyahət edib, burada şam yeməyi yeyəcəklər.
Qeyd olunur ki, məşhur aşpaz Rammus Munkunun hazırladığı yeməkləri kosmosda dadmaq üçün adambaşına 495 min dollar ödəniləcək.
Əldə edilən bütün gəlirlərin elm və texnologiya sahəsində gender bərabərliyini dəstəkləyən Kosmik Mükafat Fonduna gedəcəyi bildirilir.
Kosmik səyahətçilər 2025-ci ilin sonunda Floridadakı Kennedi Kosmik Mərkəzindən yola düşəcəklər.


MARAQLI / KARUSEL
Tarix: 18-03-2024, 13:54