mobil versiya

“TikTok” istifadəçilərinə BƏD XƏBƏR – VİDEO



Dünyada 1 milyarddan çox “TikTok” istifadəçisi var. 75 dildə, 150-dən çox bazarda mövcud olan “TikTok” ötən il ən çox yüklənən tətbiqlərdən olub.

İndi isə “TikTok”da 1,5 mlrd nəfəri yaxından maraqlandıran təhlükəsizliklə bağlı boşluq aşkar edilib.

Belə ki, “Check Point” şirkətinin mütəxəssislərinin sözlərinə görə, cinayətkarlar istifadəçilərin hesablarını idarə edə, həmçinin adlar, elektron poçt ünvanları və doğum tarixləri kimi fərdi məlumatlara giriş əldə edə bilir.

ARB TV-nin “Günə doğru” verilişində məsələ ilə bağlı maraqlı sujet hazırlanıb.

Rəşad Əliyev – Ekspert: “Sizin telefon sizin şəxsi məlumatlar olan bir “device”dır. Onun içində sizin şəxsi çəkdiyiniz şəkillər, sizin kontaktlar, sizə aid olan məlumatlar var. Həmin o məlumatları insan əlinə keçirə bilər. Onları istifadə edərək, sizə hədə-qorxu gələ, sizi təhdid edə bilərlər”.
Mövcud boşluqlara görə, proqramı yükləyən bütün insanların məlumatlarının məxfiliyi təhlükə altındadır. Platformada aşkar edilən təhlükəsizlik boşluqları, xakerlərin hesabları ələ keçirib kontenti dəyişdirməsinə, videoları silməsinə, videolar yükləməsinə, gizli videoları hər kəsə açıq etməsinə səbəb ola bilər. Həmçinin özəl e-mail adresləri kimi hesaba əlavə edilən şəxsi məlumatları ortaya çıxara bilər.

Rəşad Əliyev – Ekspert: “Proqramı yükləyərkən, sizdən hər hansı icazə istəyir. İcazələr nə ola bilər, sizin smsləri oxumaq, sizin telefon nömrənizi istifadə etmək, sizin adınızdan sms göndərnək, sizin kontakt listinizə icazə olması. Bu tipli icazələr olur, ona görə də o sizin nömrənizi, kontaktlarımızın nömrəsini bilir. Rahatca sizin adınızdan sms göndərmək imkanı əldə edir”.

Nurlan Quluzadə - Proqramçı: “Əsasən ən çox itifadə etdiyi öz şəxsi şifrələrini verməməsi daha məqsədəuyğundur. Hansı ki bunlardan birinci “Google” və “Facebook” kimi avtorizasiya sistemləri var ki, bu xidmətlərdən istifadə etsə daha yaxşı olar. Yalnız sosial media hesabları vasitəsilə qeydiyatdan keçə bilərlər və bu zaman öz şəxsi məlumatların ikinci şəxsin əlinə keçməsinin qarşısını ala bilərlər”.

“TikTok”dan isə deyirlər ki, onlar istifadəçilərin məlumatlarını qorumaq üçün diqqətlə çalışırlar. Platforma rəhbərliyi dünya miqyasında çalışan təhlükəsizlik mütəxəssislərini bundan sonrakı təhlükəsizlik boşluqlarını aşkar etmək üçün köməyə çağırıb. İstifadəçilərə tətbiqin son versiyasını yükləmək tövsiyyə olunur. Bu halda bütün problemlər aradan qalxacaq”.


MARAQLI / KARUSEL / DÜNYA / VİDEOXƏBƏR
Tarix: 21-01-2020, 14:52