mobil versiya

Evi yanan məşhur model xəstəxanalıq oldu – VİDEO



Türkiyənin Manavqat ərazisində baş verən yanğınlarda model Tuğba Özayın da evi yanıb.

REPORTYOR.AZ xəbər verir ki, model bu haqda şəxsi "Instagram" hesabında bildirib.

O, bağ evinin yanıb kül olduğunu deyib. Çıxılmaz vəziyyətdə qalan Tuğba ağlayaraq insanlardan kömək istəyib:

“Hər yer yanıb kül olur. Hazırda Manavqata gedirəm. Xahiş edirəm, səsimizi eşidin. Kənd evimiz yanır. Söndürmək üçün daha güclü vasitələr lazımdır. Buradan səlahiyyətli şəxslərə səslənirəm. Bizə kömək edin”.

Qeyd edək ki, evi yanan modelin səhhəti pisləşib. İflic olan Tuğba xəstəxanaya yerləşdirilib.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 29-07-2021, 21:10