mobil versiya

Minimum pensiya alanlar üçün ŞAD XƏBƏR - Bu məbləğdə artırıla bilər - VİDEO




"Minimum pensiya həddi artırılacaq. Bununla bağlı sərəncam gözlənilir. Həmçinin büdcə təşkilatlarında çalışanların əməkhaqları ilə bağlı qərarın qəbul edilməsi gözlənilir ki, bu da dolayısı ilə büdcə təşkilatlarından pensiyaya çıxanların pensiya həddinin artmasına təsir göstərəcək. Yəni, onların pensiyası təkrar hesablanacaq".

REPORTYOR.AZ xəbər verir ki, bu sözləri ARB24-də yayımlanan "Nə baş verir?" verilişinə qonaq olan iqtisadçı-ekspert Rəşad Həsənov bildirib.

O əlavə edib ki, 2022-ci ildə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 5,3 milyard manat ətrafında proqnozlaşdırılır: "Bu cari illə müqayisədə təxminən 250 milyon manat artıqdır. Ümid edirəm ki, daha az pensiya alanlar, xüsusilə minimum pensiya alanlar üçün daha yüksək artımlar nəzərdə tutulacaq. Bu, 20-25 faiz ətrafında, 40-50 manat, yəni minimum pensiya həcminin 250 manata çatdırılması gözlənilir", - deyə ekspert əlavə edib.


SON XƏBƏR / KARUSEL
Tarix: 11-11-2021, 12:33