mobil versiya

17 ildir təqaüd alırmış, xəbəri yoxdur - VİDEO



Bakıda pensiya yaşı tamam olan qadın qəribə hadisə ilə qarşılaşıb.

REPORTYOR.AZ İTV-yə istindən xəbər verir ki, qadın yaşa görə təqaüd təyin olunması üçün aidiyyəti quruma müraciət etsə də rədd cavabı alıb.

Müəyyən olunub ki, vətəndaşa 17 il əvvəl görmə məhdudiyyəti olduğuna görə təqaüd təyin edilib.

“Mənə dedilər ki, sizə təqaüd düşmür. Dedim, yaşım tamam olub, səbəbi nədir? Dedi ki, siz pensiya alırsınız. Dedim, axı, mən almamışam pensiya, necə ola bilər? Dedi ki, siz 2005-ci ildən əlilliyə görə pensiya alırsınız”, - Firuzə Əliyeva DOST mərkəzinə müraciət edəndə bu cavabı alıb.

Ətraflı videomaterialda izləyə bilərsiniz:



SON XƏBƏR / KARUSEL
Tarix: 4-02-2022, 12:00