mobil versiya

UFC döyüşləri Azərbaycanda canlı yayımlanacaq



Mütləq Döyüş Çempionatının (UFC) görüşləri Azərbaycanda canlı yayımlanacaq.


REPORTYOR.AZ "Report"a istinadən xəbər verir ki, UFC bununla bağlı "SARAN Media Group" ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Anlaşmaya əsasən, döyüşlər Azərbaycanla yanaşı, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistanda da nümayiş etdiriləcək.

Razılaşmanın bir hissəsi olaraq, bütün UFC tədbirləri və əlaqəli məzmunlar, o cümlədən diqqət çəkən məqamlar və reklam çarxları televiziya, onlayn platformalar və qeyd olunan ərazilərdəki mobil cihazlarda yayımlanacaq.

SON XƏBƏR / KARUSEL
Tarix: 8-02-2022, 12:29