mobil versiya

Vilayət Eyvazovdan yüksək vəzifəyə TƏYİNAT




Yasamal Rayon Polis İdarəsində yeni təyinat olub.

REPORTYOR.AZ Qafqazinfo-ya istinadla xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazovun imzaladığı əmrlə Yasamal RPİ-nin İstintaq Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həsrət Aslanov təqaüdə göndərilib.

Bu vəzifəyə Yasamal RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Vüqar Məcidov təyin edilib.

Qeyd edək ki, Həsrət Aslanov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
SON XƏBƏR / KARUSEL
Tarix: 29-04-2022, 11:45