mobil versiya

Həştərxan loqistika habının yükdaşıma həcmi ildə 1 milyon tona çata bilər




"Həştərxan loqistika habının yükdaşıma həcmi ildə 1 milyon tona çata bilər". Bu barədə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinlə görüşdə KDY Loqistik şirkətinin Azərbaycan qrupunun Direktorlar Şurasının sədri Qalib Məmmədov məlumat verib.

"OLAYLAR" xəbər verir ki, astrobl.ru saytının Həştərxan vilayətini qubernatorunun Administrasiyasının mətbuat və informasiya idarəsinə istinadən verdiyi məlumata görə,   işgüzar səviyyədə keçən görüşdə regionun nəqliyyat infrastrukturunun inkişafı, eləcə də Kütüm Stansiyasında yaradılan dəmiryol loqistikasının inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, vilayət ərazisində habın inkişafında OOO "Сан Лайт-Астрахань" Holdinqinin Həştərxandakı şirkətinin nümayəndəliyi mühüm rol oynayır.

Qalib Məmmədov onu da bildirib ki, hazırda şirkət bütün gücünü və potensialını habın daha məhsuldar və səmərəli şəkildə işləməsinə səfərbər edib. Qeyd edilib ki, hazırda hab vasitəsilə İran və Türkiyədən yüklərin qarşılıqlı şəkildə daşınması təmin edilib. Bundan başqa Özbəkistanla bu istiqamətdə səmərəli danışıqlar aparılır. Şirkət tezliklə hab basitəsilə yükdaşımaların həcminin 1 milyon tona çatdırılmasını hədəfləyib.

Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin isə görüşdə bildirib ki, sözügedən layihə Həştərxan vilayətinin inkişafına öz töhfəsini verir və bu sevindirici haldır: "İnanırıq ki, gələcəkdə sizin nəqliyyat habının inkişafı yükdaşımaların həcminin 1 milyon tona çatdırılmasına nail olacaq. Bu işdə əvvəlki administrsiyanın  sizə  göstərdiyi   bütün lazımı dəstəyi biz də verməyə hazırıq və bu dəstəyi göstərəcəyik.  Bu şəbəkənin "Şimal Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm elementlərindən birinə çevriləcəyi istisna edilmir".

Qeyd edək ki, "Şimal Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin tranzit imkanlarının inkilşaf etdirilməsinin təmin olunması Rusiya prezidenti Vladimir Putinin regionun rəhbərliyi qarşısında qoyduğu tapşırıqlar sırasındadır.


İQTİSADÇILARIN  FİKRİNCƏ MEYVƏ-TƏRƏVƏZİN  MERSİNDƏN HƏŞTƏRXANA 4-5 GÜNƏ ÇATDIRILMASI "BAKI-TBİLİSİ-QARS" XƏTTİNİN VİZİT KARTI VƏ AZƏRBAYCANIN O CÜMLƏDƏN AZƏRBAYCAN DƏMİR YOLLARININ BRENDİDİR.






SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 5-12-2019, 18:22