mobil versiya

Türkiyədə general həbs olundu



Türkiyə Quru Qoşunlarının Təlim və Doktrina Komandanlığının keçmiş rəisi, general-leytenant Metin İyidil həbs olunub.

REPORTYOR.AZ xəbər verir ki, Türkiyə ordusunun generalının həbsinə orderi Ankara Regional Ədliyyə Məhkəməsi verib.

Metin İyidil Çankaya'daki evində yerli polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, general Türkiyədə 15 iyul 2016-cı ildə dövlət çevrilişinə cəhddə və Fətullah Gülənə dəstək verməkdə ittiham olunur.

SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 16-01-2020, 13:40