mobil versiya

Bu rayona bir metrdən çox qar yağdı — VİDEO




Cənub bölgəsinə güclü qar yağıb.

REPORTYOR.AZ xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov deyib.

Onun sözlərinə görə, qarın hündürlüyü dağ və dağətəyi kəndlərdə 1 metr 20 santimetrə çatıb:

“Rayonun mərkəzində qarın hündürlüyü 80 santimetrə çatmışdı. Küləkli hava şəraiti bəzi kəndlərin elektrik enerjisində fasilələrin yaranmasına səbəb olmuşdu. Amma "Azərişıq" ASC-nin əməkdaşlarının köməyi ilə problem aradan qaldırılıb.

Artıq ucqar kəndlərə gedən yollar qardan təmizlənib, elektrik enerjisi bərpa olunub. Hazırda vəziyyət normaldır”.



SON XƏBƏR / KARUSEL
Tarix: 11-02-2020, 16:45